“Əli Kərimli Qərbin etimadını qaytarmağa çalışır”
Orduxanlı Əli Kərimlinin dəvət olunmamasının səbəbini belə izah edir: “Avropa təşkilatları çox yaxşı bilirlər və unutmayıblar ki, 2013-cü ildə Əli Kərimli Rusiyanın layihəsi olan Rüstəm İbrahimbəyovu dəstəkləyirdi. Hətta Vladimir Putinə Mill Şuranın adından "şanlı məktub" da yazılmışdı. Məktubunun yazılmasının təşəbbüskar Əli Kərimli olub. Qərb onu da yaxşı bilir ki, Kərimlinin Qənimət Zahidov vasitəsi ilə İranla da çox isti münasibətləri var. Elə bu səbəbdəndir ki, İran mollarının əlindən öpməyi özünə şərəf bilən Taleh Bağırzadəni açıq şəkildə dəstəkləyir. Bütün bunları Qərb görür və unutmur. Kərimlinin dəvət olunmamasının əsas səbəbi budur! Çünki Qərbdəkilər yaxşı bilirlər ki, Əli Kərimli öz siyasi məqsədlərinə çatmaq üçün həm Rusiya, həm də İranla yaxından əməkdaşlıq edir. Onlar yaxşı bilirlər ki, Kərimli bu gün Azərbaycanda hakimiyyəti dəyişmək üçün molla rejiminin də qurulmasına razılıq vermiş adamdır. Onlardan maliyə alır. Xatırlayın, Əli Kərimliyə Rusiyadan bir il ərzində gələn 670 000 dollarlıq məhkəmə işini. Rusiya həmin pulları Kərimlinin partiyasının üzvü Saleh Rüstəmov vasitəsilə göndərirdi. Hər il Rusiyadan yüz minlərlə dollar alıb Kərimli. Bir müddət əvvəl Rusiyanın Ədliyyə Nazirliyinin əslən azərbaycanlı generalı Sakit Allahverdiyev mətbuata açıqlama verdi ki, Qənimət Zahidov vasitəsi ilə Kərimliyə yüz minlərlə dollar verib. Təbii ki, bütün bunları Qərb və Avropa bilməmiş deyildi. Ona görə də, bu gün Kərimli Rusiyanın adını qəsdən açıq şəkildə dilə gətirir. Qərbə və Avropaya göstərmək istəyir ki, Rusiyanı ittiham etməyə başlayıb. Və yenidən özünün "qərpərsət" imicini formalaşdırmağa çalışır. Yoxsa, Əli Kərimli heç zaman Rusiyanın adını dilə gətirməzdi!”
Teqlər: