Daha bir rayonda icbari tibbi sığortanın tətbiqinə başlanıldı

Daha bir rayonda icbari tibbi sığortanın tətbiqinə başlanıldı
  15 Aprel 2019    Oxunub:1600
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb.
Azvision.az -ın məlumatına görə, artıq ilkin tədbirlər həyata keçirilir. Belə ki, rayon əhalisi üzrə məlumatlar toplanılıb, bu məlumatlar əsasında icbari tibbi sığortaya cəlb olunacaq əhali, tibb müəssisələri və tibb işçilərinə dair mərkəzləşdirilmiş məlumat bazaları, "Səhiyyə informasiya idarəetmə sistemi" və digər zəruri proqram təminatları, eləcə də reyestrlər yaradılıb. Müasir səhiyyə infrastrukturunun yaradılması, yeni texnologiyaların tətbiqi və fiberoptik xətlərin çəkilməsi icbari tibbi sığortanın uğurla həyata keçirilməsinə geniş imkanlar açıb.

Qeyd edək ki, hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin baza zərfində 1525 tibbi xidmət vardır. Bunların 718-i Şərur Rayon Mərkəzi Xəstəxanasında, 515-i Sədərək Rayon Mərkəzi Xəstəxanasında, qalanı isə icbari tibbi sığortanın tətbiq olunduğu muxtar respublikanın digər xəstəxanalarında həyata keçirilir.

Azvision.az


Teqlər: Naxçıvan   Şərur  





Xəbər lenti