Alı Mustafayevin doğum günüdür

Alı Mustafayevin doğum günüdür
  14 Aprel 2019    Oxunub:2829
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, mərhum telejurnalist, şair Alı Mustafayevin doğum günüdür.
Azvision.az -ın məlumatına görə, A.Mustafayev 1952-ci ilin aprelin 14-də Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. O, tələbəlik illərindən Azərbaycan Dövlət və Radio Verilişləri Komitəsində ədəbi-bədii yaradıcılığa başlayıb. Lirik şeirləri və publisistik yazıları ilə mətbuatda dərc olunmağa başlayıb. 1990-cı il qanlı 20 Yanvar hadisəsini lentə alıb.

Alı Mustafatev Dağlıq Qarabağ müharibəsi zamanı cəbhə bölgəsindən reportajlar hazırlayıb. 1991-ci il 20 noyabr tarixində Xocavənd rayonunun Qarakənd yaxınlığında Azərbaycanın hərbi helikopterinin ermənilər tərəfindən vurulması nəticəsində həlak olub. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.

Azvision.az



Teqlər: AlıMustafatev  





Xəbər lenti