"Qatarların gecikməsinə səbəb sərnişinlərin qapıları saxlamasıdır" - Metropoliten

"Qatarların gecikməsinə səbəb sərnişinlərin qapıları saxlamasıdır" -  Metropoliten
  13 Aprel 2019    Oxunub:2403
Metroda qatarların gecikməsinə əsas səbəb sərnişinlərin qapıları saxlamasıdır.
Azvision.az xəbər verir ki, bunu "Bakı Metropoliteni"nin Depolar üzrə departament rəisi Faiq Əhmədov deyib. Onun sözlərinə görə, qapılar tutulan zaman qapı silindirləri xarab olur:

"Qatarların depoya təmirə yollanmasının əsas səbəbi sərnişinlərin stansiyalarda qatarların qapılarını tutub saxlaması olur. Qapı silindirləri 2,8-3,2 atmosferə hesablanıb. İçərisindəki sıxlandırılmış rezinlər var. Onu saxlayanda yuxarı hissədə asqının dağılması və müəyyən manjetləri sıradan çıxması olur. Yeni qatarlarda isə artıq sıxılmalara qarşı ötürücü var və sərnişinlər qapı arsında dayanıbsa ötürücü bunu görür və avtomatik yenidən açılıb bağlanır".

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Metro   Sərnişin  





Xəbər lenti