Kamran Bayramov NATO-nun seminarında iştirak edir
Milli Məclisin deputatı Kamran Bayramov miqrasiyanın, qaçqın axınının humanitar və təhlükəsizlik aspektləri mövzusunda keçirilən panel müzakirələrində çıxış edərək qeyd edilən aspektlərlə yanaşı, miqrasiyaya və qaçqın axınına səbəb olan münaqişələrin həllinin vacibliyindən danışıb. Bununla yanaşı, deputat tədbir iştirakçılarına Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və 1 milyondan çox qaçqın və məcburi köçkünün öz doğma torpaqlarından didərgin düşməsi ilə nəticələnmiş Dağlıq Qarabağ münaqişəsini misal gətirərək, beynəlxalq təşkilatların bu cür münaqişələrin həlli ilə bağlı səylərinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb, münaqişələrlə bağlı qəbul etdikləri qərar və qətnamələrin icra mexanizminin təkmilləşdirilməsinin vacibliyini qeyd edib.
Tədbirdə, həmçinin Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Qaya Məmmədov iştirak edir.
Seminarın birinci gününün sonunda tədbirdə təmsil olunan ölkələrin parlamentlərinin üzvləri Türkiyədə məskunlaşmış suriyalı qaçqın uşaqları ilə futbol üzrə yoldaşlıq görüşü keçiriblər.
Azvision.az
Teqlər: Milli-Məclis NATO