Bakı metrosu tarixində ilk: Qadın maşinist işə götürülüb - FOTO

Bakı metrosu tarixində ilk: Qadın maşinist işə götürülüb -  FOTO
  13 Aprel 2019    Oxunub:10216
Metropoliten tarixində ilk dəfə olaraq qadın maşinist işə götürülüb. Azvision.az xəbər verir ki, gender bərabərliyi təmin edilərək qatar maşinisti peşəsinə qadınların seçilməsinə şərait yaradılıb.
Maşinist işləmək üçün 10-dan artıq qadın müraciət etsə də, onların arasından yalnız bir qadın - Günay Həbibli seçilib və Bakı metropoliteni tarixinə ilk qadın maşinist kimi işə götürülüb.

Təlim-tədris prosesinin gedişində ən yüksək nəticə göstərən G.Həbibli buna qədər "Bakı Metropoliteni" QSC-nin hərəkət xidmətində qatarları qəbul edib yola salan növbətçisi vəzifəsində çalışıb.



Anar Kəlbiyev
Azvision.az



Teqlər: Metro   Maşinist  





Xəbər lenti