253 nəfər peşə kurslarına cəlb edilib

253 nəfər peşə kurslarına cəlb edilib
  12 Aprel 2019    Oxunub:1406
Bu ilin ilk rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 253 nəfər əmək bazarının tələblərinə uyğun müxtəlif peşələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Azvision.az -a verilən məlumata görə, Təhsil Nazirliyi ilə birgə hazırlanaraq təsdiq edilmiş tədris proqramları əsasında təşkil olunan kursları bitirənlərə sertifikatlar təqdim olunub.

Kursları bitirənlərin yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin edilməsi üçün də tədbirlər görülür.

Azvision.az



Teqlər: ƏƏSMN  





Xəbər lenti