Saleh Məmmədov Cocuq Mərcanlıda qəbul keçirəcək

Saleh Məmmədov Cocuq Mərcanlıda qəbul keçirəcək
  12 Aprel 2019    Oxunub:2221
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov aprelin 19-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində vətəndaşları qəbul edəcək.
AAYDA-dan Azvision.az -a verilən məlumata görə, qəbul saat 11:00-da, Agentliyin Cocuq Mərcanlıda yerləşən “13 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin binasında keçiriləcək.

Qəbulda Cocuq Mərcanlı kəndinin, Füzuli və Xocavənd rayonlarının sakinləri iştirak edə bilərlər. Vətəndaşların yalnız avtomobil yolları ilə bağlı müraciətləri dinləniləcək.

Azvision.az


Teqlər: Qəbul  





Xəbər lenti