Yeni yaradılan mərkəz üçün 100 min manat ayrılacaq

 Yeni yaradılan mərkəz üçün 100 min manat ayrılacaq
  12 Aprel 2019    Oxunub:1807
Prezident İlham Əliyev Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Azvision.az xəbər verir ki, mərkəzin ilkin nizamnamə fondu 100.000 (bir yüz min) manat nəzərdə tutulub.

Mərkəzin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə etdiyi gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanuna uyğun əldə etdiyi digər vəsaitlərdən formalaşır.

Azvision.az




Teqlər: Sosial   Tədqiqat   Mərkəz  





Xəbər lenti