Sosial Tədqiqatlar Mərkəzinin Nizamnaməsi təsdiq olunub

Sosial Tədqiqatlar Mərkəzinin Nizamnaməsi təsdiq olunub
  12 Aprel 2019    Oxunub:3685
Prezident İlham Əliyev “Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərman imzalayıb. “Sosial Tədqiqatlar Mərkəzinin Nizamnaməsi” təsdiq edilib.
Azvision.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin Nizamnaməsinin ümumi müddəalarına əsasən Sosial Tədqiqatlar Mərkəzi ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir.

Nizamnamədə mərkəzin fəaliyyətinin məqsədi və istiqamətləri, vəzifələri və hüquqları, idarə olunması, nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları, fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi və s. bəndlər əks olunub.

Azvision.az



Teqlər: İlham-Əliyev  





Xəbər lenti