Məktəbdən müəllimin şagirdi döyməsi xəbərinə münasibət
“Şagirdin halı pisləşdiyi üçün başı dəyib. Sinif rəhbəri şagirdin doğma xalasıdır. Hadisə olan kimi dərhal valideynə də məlumat verilib. Məktəbə təcili-tibbi yardım çağırılıb. Şagirdin atası da uşaqla xəstəxanaya gedib. Məktəb rəhbərliyi tərəfindən valideyn ilə əlaqə saxlanılıb, şagirdin halının yaxşı olduğu bildirilib.
Qeyd edək ki, şagirdin güclü baş ağrıları olduğu üçün, valideyn dəfələrlə bununla bağlı həkimə müraciət edib. Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılır. Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək"-, deyə məlumatda bildirilib.
Aytən Zəhra
Azvision.az