DİN-in Mətbuat xidmətindən
Azvision.az -a verilən məlumata görə, martın 29-da keçirilmiş tədbirlər zamanı Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən "Xəyal" kafesinin arxasında tullantıların qalaqlanmasına görə Bakı şəhər sakini R.Həsənov, Binəqədi rayonu ərazisində isə Bakı şəhər sakini F.Kərimov sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl etmədiklərinə görə barələrində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə protokollar tərtib edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Azvision.az