Gömrük Komitəsi iddialara aydınlıq gətirdi

Gömrük Komitəsi iddialara aydınlıq gətirdi
  31 Mart 2019    Oxunub:1787
Bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin (DGK) və Rusiya Federal Gömrük Xidmətinin açıqladığı rəqəmlərin müqayisəsi aparılaraq ölkəyə idxal edilən şəkərin miqdarı ilə bağlı yanlış şərhlərə yol açan məlumatlar yayımlanıb.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, həmin məlumatda cari ilin yanvar-fevral ayları ərzində ölkəyə 56 min ton şəkərin idxal edildiyi, ötən il isə idxal və yerli istehsal hesabına yarım milyon tona qədər şəkərin daxili bazarda istehlak olunduğu iddia edilir:

"Daha sonra isə yazının müəllifi Rusiya Federal Gömrük Xidmətinin açıqladığını iddia etdiyi rəqəmlərə əsaslanaraq 2018-ci ildə Rusiyadan Azərbaycana cəmi 7,3 min ton şəkər idxal edildiyini vurğulayır və eyni dövr üçün Dövlət Gömrük Komitəsinin açıqladığı 239 min ton rəqəmini əsas gətirərək hansı qurumun doğru söylədiyi sualını ortaya qoyur".

Qeyd edək ki, 2018-ci ildə Azərbaycana ümumilikdə 238,7 min ton şəkər idxal edilib ki, bunun da 13,7 min tonu Rusiya Federasiyasının, qalanı isə digər ölkələrin payına düşür. Yəni Azərbaycana yalnız Rusiyadan deyil, digər ölkələrdən də şəkər idxal olunur. İdxal olunan məhsulun 44,1 min tonu isə saflaşdırılaraq, yəni emal edilərək ixrac olunub.

Cari ilin yanvar-fevral aylarında ölkəyə əsas hissəsi xammal şəklində olan 56 min ton şəkər idxal edilib. Bu müddət ərzində ixrac edilən şəkərin miqdarı isə 4,9 min tondur.

DGK bir daha kütləvi informasiya vasitələrinə və jurnalistlərə Komitənin fəaliyyəti ilə bağlı məlumatları yayımlayarkən qarşı tərəfin də rəsmi mövqeyini öyrənməyi tövsiyə edir.

Azvision.az



Teqlər: DGK  





Xəbər lenti