“Cəlil Məmmədquluzadə” tankeri əsaslı təmir edilib

“Cəlil Məmmədquluzadə” tankeri əsaslı təmir edilib
  30 Mart 2019    Oxunub:1999
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyat Donanmasına məxsus 8 min tonluq “Cəlil Məmmədquluzadə” tankeri əsaslı təmir edilib.
ASC-dən Azvision.az -a verilən məlumata görə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan işlər tam uğurla başa çatdırılıb. Təmir müddətində gəminin sualtı, suüstü hissəsi, göyərtəsi, maşın şöbəsi təmizlənib və rənglənib. Baş mühərrik, köməkçi mühərriklərdə və nasoslarda təmir işləri görülüb. Maşın şöbəsində və baş göyərtədə boru sistemlərində yararsız hissələr dəyişdirilib. Həmçinin, gəmi üzrə elektrik-quraşdırma işləri yerinə yetirilib.

Bununla belə, gəminin heyətinə məxsus yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar da yenilənib. “Cəlil Məmmədquluzadə” tankeri artıq dəniz sınağından uğurla çıxıb və yenidən yükdaşımalara cəlb edilib.

ASCO-nun tanker donanması Xəzər hövzəsində aparıcı mövqeyə malikdir. Yükdaşımalarda xüsusi çəkisini saxlamaq üçün donanmanın gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan gəmilərlə zənginləşməsinə xüsusi fikir verilir. Hazırda Bakı Gəmiqayırma Zavodunda ASCO üçün iki yeni tanker tikilir. Onlar biri – “Laçın” tankeri inşasının növbəti mərhələsininin həyata keçirilməsi məqsədi ilə bu günlərdə suya buraxılıb. Sözügedən tanker 2019-cu ilin iyununda tam istismara veriləcək.

Azvision.az


Teqlər: Gəmi   ASC  





Xəbər lenti