Məmmədyarov erməni həmkarı ilə yenidən görüşəcək

 Məmmədyarov erməni həmkarı ilə yenidən görüşəcək
  30 Mart 2019    Oxunub:2643
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri yenidən görüşəcəklər.
Azvision.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın bu gün Vyanada keçirilmiş görüşünün yekunu ilə bağlı bəyanatında bildirilib.

Qeyd edilib ki, iki ölkə lideri xarici işlər nazirlərinə yaxın gələcəkdə görüşməklə bağlı tapşırıq verib.

Xatırladaq ki, martın 28-də Vyanada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zohrab Mnatsakanyan arasında görüş keçirilib.

Azvision.az



Teqlər: XİN   ATƏT  





Xəbər lenti