“Ölkəmizdə çox vacib islahatlara start verilib” - Mehriban Əliyeva

 “Ölkəmizdə çox vacib islahatlara start verilib” -    Mehriban Əliyeva
  29 Mart 2019    Oxunub:4149
"Bu gün Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır"
Azvision.az xəbər verir ki, bunu Birinci vitse-prezident Mehriban Əliyeva Bakıda diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşündə deyib.

Mehriban Əliyeva bildirib ki, 2019-cu il Azərbaycan üçün uğurla başlayıb: "Bildiyiniz kimi, ölkəmizdə çox vacib islahatlara start verilib, həm iqtisadi sahədə, həm sosial sahədə. Bu gün atılan bütün addımlar Azərbaycanın gələcək uğurlu inkişafını təmin edəcək".

Birinci vitse-prezident qeyd edib ki, ölkəmizdə xarici səfirliklərin sayı artmaqdadır.

"Bu gün Azərbaycanda 65 diplomatik nümayəndəlik, 13 beynəlxalq təşkilat və 4 baş konsulluq fəaliyyət göstərir. Təmsil etdiyiniz ölkələrlə Azərbaycan qarşılıqlı maraq və hörmət əsasında əməkdaşlıq qurub və bu əlaqələr inkişaf etdirilir".

Azvision.az



Teqlər: MehribanƏliyeva  





Xəbər lenti