Azərbaycanda əlilliyin təyinatında yeni meyarlar - SİYAHI

Azərbaycanda əlilliyin təyinatında yeni meyarlar -  SİYAHI
  29 Mart 2019    Oxunub:2233
Azərbaycanda əlilliyin qiymətləndirilməsi üzrə meyarlar müəyyənləşib.

Azvision.az xəbər verir ki, bu barədə yeni hazırlanan "Əlilliyin müəyyən olunması meyarları haqqında" qanun layihəsində qeyd olunub. Əsas meyalar aşağıdakılardır:
- İnsan orqanizmi funksiyalarının IV dərəcə itirilməsi (81-100%) ilə bağlı əlillik, xəstəliklər, çatışmazlıq və zədə fəsadlarından irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında təyin edilir.

-İnsan orqanizmi funksiyalarının III dərəcə itirilməsi (61-80%) ilə bağlı əlillik,
xəstəliklər, çatışmazlıq və zədə fəsadlarından irəli gələn, insanın həyat fəaliyyəti
kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında
təyin edilir.

-İnsan orqanizmi funksiyalarının II dərəcə itirilməsi (31-60%) ilə bağlı əlillik, xəstəliklər, çatışmazlıq və zədə fəsadlarından irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin I dərəcə məhdudlaşması halında təyin edilir.

-18 yaşınadək uşaqlara sağlamlıq imkanlarının məhdudluğu insanın həyat fəaliyyətinin istənilən kateqoriyasının və istənilən məhdudlaşmasının (əmək fəaliyyəti ilə məşğul olmaq bacarığı istisna olmaqla) hər üç məhdudlaşma dərəcəsi mövcud olduğu və uşağın sosial müdafiəsi zərurətindən irəli gələn halda müəyyən edilir.

-İnsan orqanizmi funksiyalarının I dərəcə itirilməsi (10-30%) hallarında əlillik və sağlamlıq imkanlarının məhdudluğu təyinatı aparılmır. Yalnız səbəb əlaqəsi peşə xəstəliyi, əmək zədəsi olduğu hallarda qiymətləndirilmə aparılır.


Azvision.az


Teqlər: Əlillik   Qanun   Layihə  





Xəbər lenti