Hesablama Palatasının üzvlərinin maaşı artırıldı

  Hesablama Palatasının üzvlərinin maaşı artırıldı
  29 Mart 2019    Oxunub:2423
Azərbaycan Hesablama Palatasının üzvlərinin maaşı artırılıb.
Azvision.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hesablama Palatası haqqında” qanuna dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Hesablama Palatasının üzvlərinin əməkhaqqına bir aylıq vəzifə maaşı həcmində əlavə olunacaq.
Xatırladaq ki, Hesablama Palatası sədrinin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin birinci müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir. Hesablama Palatası sədrinin müavininin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabər tutulur. Palatanın auditorlarının aylıq vəzifə maaşı və digər təminatları Milli Məclisinin komitə sədrlərinin aylıq vəzifə maaşlarına və təminatlarına bərabərdir.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis  





Xəbər lenti