Mağazası yanan sahibkarlar “Sədərək”ə köçürülə bilər - FOTOLAR

Mağazası yanan sahibkarlar “Sədərək”ə köçürülə bilər -  FOTOLAR
  29 Mart 2019    Oxunub:4047
"Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar İqtisadiyyat Nazirliyində yaradılan İşçi Qrup zərərçəkən sahibkarlarla görüşlərə başlayıb.

Azvision.az xəbər verir ki, görüş onların hər biri ilə qabaqcadan razılaşdırılmış vaxtda keçirilir.
Görüşdə fərdi şəkildə qəbul olunan sahibkarlarla onlara dəymiş zərərin həcminin müəyyənləşdirilməsi məqsədilə söhbət aparılır. Bundan başqa, sahibkarların diqqətinə çatdırılır ki, onlara ilkin maddi dəstək göstəriləcək. Sahibkarlara dəyən ziyan dəqiqləşdikdən sonra digər məsələlər həllini tapacaq.

Bildirilib ki, mağazaları yanan sahibkarlara "Sədərək" ticarət mərkəzində yer ayırılması üçün danışıqlar aparılır.









Elvin Abdulqədirov
Foto: Şahin Sərdarov

Azvision.az



Teqlər: Diqlas   Yanğın  





Xəbər lenti