İki rayonda azot gübrələri güzəştli satılacaq

İki rayonda azot gübrələri güzəştli satılacaq
  29 Mart 2019    Oxunub:1539
Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
Azvision.az -ın Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi məlumata görə, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Növbəti səyyar satışlar martın 29-da Tovuz rayonunun Qaraxanlı kəndində, martın 30-da isə Ağstafa rayonunun Korxəlfəli kəndində, kənd inzibati ərazi nümayəndəliklərinin binasında keçiriləcək. Bu kəndlərə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana bilərlər.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər.

Azvision.az


Teqlər: KTN  





Xəbər lenti