“Diqlas”ın rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilibmiş
Nazirlik qəti şəkildə bəyan edib ki, bu məlumatlar kökündən yanlış olmaqla reallığı əks etdirmir və görülən işlərin üzərinə kölgə salmaq məqsədilə qərəzli şəkildə yayılır.
"Həmçinin, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində “DİQLAS” ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydalarının pozulması və bu pozuntuların aradan qaldırılmasının zəruriliyi ilə bağlı ticarət mərkəzinin rəhbərliyini və digər aidiyyəti şəxsləri dəfələrlə rəsmi şəkildə xəbərdar edib.
Təəssüf hissi ilə bildiririk ki, əməliyyat barədə məlumatların nazirliyin rəsmi internet informasiya portalında mütəmadi yenilənməsinə baxmayaraq, bəzi xəbər saytları həqiqəti əks etdirməyən məlumatlar yayır. Kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək nazirliyin fəaliyyəti, xüsusilə də baş verən hadisələrlə bağlı rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırır, hadisələrə həssaslıq və anlayışla yanaşmağı tövsiyə edirik", - deyə nazirliyin məlumatında qeyd olunub.
Azvision.az