Xəbərdarlıq: Bu yolda hərəkət məhdudlaşdırılır

 Xəbərdarlıq:  Bu yolda hərəkət məhdudlaşdırılır
  28 Mart 2019    Oxunub:2123
Aparılan təmir işləri ilə əlaqədar olaraq, Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun 81-ci km-dən Biləsuvar şəhərinə doğru ayrılan yolla hərəkət sabah səhər saatlarından qismən məhdudlaşdırılacaq.
Bu barədə Azvision.az -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətindən məlumat verilib.

Məhdudiyyət 3-4 gün davam edəcək. Bu müddət ərzində sürücülər sözügedən istiqamət üzrə sıxlıq yaranmasın deyə alternativ olaraq magistral yolun 111-ci km-dən Cəlilabad şəhərinə doğru ayrılan yoldan istifadə etməklə Biləsuvar şəhərinə və əksinə hərəkət edə bilərlər.

"AAYDA yaranacaq müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir", - qeyd olunub.

Azvision.az



Teqlər: Yol  





Xəbər lenti