7800-dən artıq şəhid vərəsəsinə birdəfəlik ödəmə verilib

 7800-dən artıq şəhid vərəsəsinə birdəfəlik ödəmə verilib
  28 Mart 2019    Oxunub:2000
Bu günə qədər 7800-dən artıq şəhid vərəsəsinə 11 min manatlıq birdəfəlik vəsaitlər ödənib.
Azvision.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, Novruz bayramı ərəfəsində 1200 şəhidin 1900 vərəsəsinə ödənişlər həyata keçirilib.

"Bu ilin sonunadək ödənişlər tam yekunlaşdırılacaq. Polis şəhidlərin vərəsələrinin siyahısı Daxili İşlər Nazirliyi tərəfindən hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilib. Onlar da artıq elektron sistem üzərindən müraciət edərək vəsaitlərini ala bilərlər. Onların sayı da təxminən 400 nəfər civarındadır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Şəhid   Vərəsə   ƏƏSMN  





Xəbər lenti