Ramin Quluzadə İraqdakı faciə ilə bağlı nekroloq imzalayıb

Ramin Quluzadə İraqdakı faciə ilə bağlı nekroloq imzalayıb
  28 Mart 2019    Oxunub:1686
Martın 21-də İraqın Mosul şəhəri yaxınlığında Dəclə çayı ilə hərəkət edən bərənin qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması ilə bağlı nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri, Azərbaycan-İraq Birgə Hökumətlərarası Komissiyanın həmsədri Ramin Quluzadə bu ölkənin Bakıdakı səfirliyini ziyarət edərək nekroloq imzalayıb.
Azvision.az -ın məlumatına görə, nekroloqda deyilir: "Hörmətli cənab Fədhi Avad Cebur əl-Şuvayli,

İraqın Mosul şəhəri yaxınlığında Dəclə çayı ilə hərəkət edən bərənin qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması xəbərini dərin kədər hissi ilə qarşıladım.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İraq xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət etsin!

Ramin Quluzadə

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri,

Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri".

Azvision.az


Teqlər: Nazir   Nekroloq  





Xəbər lenti