İki küçədə yeni sola və geriyə dönmə yerləri yaradılıb
Hərəkətin təşkilində dəyişiklik edilməsi üçün Komissiyanın müvafiq qərarına əsasən AAYDA tərəfindən Həzi Aslanov, Əhmədli və Günəşli qəsəbələrinə alternativ hərəkət şəraitinin yaradılması ilə əlaqədar 2 yerdə (Nobel prospektinin 7-ci dairəvi küçəsi ilə, Zığ şossesinin Sadıqcan küçəsi ilə kəsişməsində) işıqfor nizamlanması tətbiq etməklə sola və geriyə dönmə yerlərinin təşkil edilməsi işlərinə başlanılaraq qısa müddət ərzində yekunlaşdırılıb.
Hazırda Nobel prospekti ilə 7-ci dairəvi küçəsinin kəsişməsində (Həzi Aslanov qəsəbəsi) və Zığ şossesi ilə Sadıqcan küçəsinin kəsişməsində (Əhmədli qəsəbəsi) işıqforla tənzimlənən sola və geriyə dönmə yerləri təşkil olunub. Hərəkətin tənzimlənməsi məqsədi ilə sözügedən hissələrdə yol nişanları quraşdırılıb, nişanlanma xətləri və piyada zolaqları çəkilib.
Azvision.az