Daxili İşlər Nazirliyi həkim axtarır
Müsabiqə qaliblərinə müvafiq xüsusi rütbə verilməklə DİN-in kadrları tərkibinə daxil edilərək ilkin olaraq 500 manat aylıq təminat xərcliyi ödəniləcək. Habelə onların qanunvericiliklə müəyyənləşdirilmiş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil edilən bütün imtiyazlardan istifadə hüququ olacaq.
Müsabiqədə iştirak etmək istəyən şəxslər https://azvision.az/redirect.php?url=http://www.mia.gov.az/index.php?/az/content/29942 ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq aprelin 27-dək elektron poçt vasitəsilə DİN-in tibb idarəsinin [email protected] elektron ünvanına göndərməlidirlər.
Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak üçün dəvət edilən namizədlər şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında diplomu, hərbi bileti (kişilər üçün) və əmək kitabçasının surətini təqdim etməlidirlər.
Əlavə məlumatı DİN-in baş kadrlar idarəsinin (012) 590-20-59, (012) 590-20-94 əlaqə telefonlarından almaq mümkündür.
Azvision.az
Teqlər: DİN