“Qarabağda 67 məscid məhv edilib” - Komitə rəsmisi

 “Qarabağda 67 məscid məhv edilib” -   Komitə rəsmisi
  28 Mart 2019    Oxunub:2618
"Monoetnik Ermənistan dünya dəyərlərinə qarşı çıxaraq işğal etdiyi yerdə azərbaycanlıların milli-mənəvi abidələrini məhv edir"

Azvision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı deyib.
Komitə rəsmisi bildirib ki, ermənilərin bu siyasəti dünya xalqları tərəfindən qəbul edilmir: "Erməni işğalçılarının bu hərəkəti pislənilsə də, təəssüf ki, buna qarşı nə böyük təşkilatlar, nə də böyük dövlətlər səviyyəsində heç kim münasibət göstərmir. Bir çox hallarda bu prosesləri görməzliyə vururlar, ən yaxşı halda isə sükutla üstündən keçirlər. Amma təbii ki, biz bu işğalçı siyasətlə barışa bilmərik və öz münasibətimizi ən müxtəlif istiqamətlərdə bildiririk".

S.Salahlı qeyd edib ki, milli-mənəvi abidələrimiz həm də xalqımızın daşlaşmış tarixidir. "Onlar bu dəyərlərimizi məhv etməklə azərbaycanlıların guya burada yaşamadıqları iddiasındadırlar. Özlərinin "Böyük Ermənistan" arzularını gerçəkləşdirmək üçün abidələrimizi dağıdıb məhv edirlər. Ermənilər bu abidələri tarix boyu 4 istiqamətdə dağıdıblar. Birincisi tamamilə uçururlar, ikincisi bu abidələri özgələşdirib, dəyişdirirlər, üçüncüsü bu abidələri tamamilə yer üzündən silirlər, dördüncüsü isə qriqoyanlaşdırırlar. Bununla da bu ərazilərdə azərbaycanlıların gec məskunlaşdıqlarını və o abidələrin isə özlərinə məxsus olduğunu bəyan edirlər. Qədim Azərbaycan torpaqlarında, eləcə də, Dağlı Qarabağda məhv edilən abidələrdən 367-si tarixi abidələr, 67-si məscidlər, 140-ı ziyarətgahlar, 140-ı da məbədlərdir. Bunlar erməni işğalçıları tərəfindən dağıdılıb, məhv edilib, uçurulub və Azərbaycan xalqının milli mənəvi yaddaşına güclü zərbə vurulub".

Aytən Zəhra
Azvision.az


Teqlər: Dini-Komitə   Qarabağ  





Xəbər lenti