Musiqili Teatr Belarus teatrları ilə əlaqəni genişləndirir

Musiqili Teatr Belarus teatrları ilə əlaqəni genişləndirir
  27 Mart 2019    Oxunub:1482
Müxtəlif nüfuzlu beynəlxalq teatr və musiqi festivallarında münsif qismində iştirak edən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev Belarus Dövlət Akademik Musiqili Teatrının direktoru Aleksandr Petroviçin dəvəti ilə aprelin 2-dək Minskdə qastrolda olacaq.
Teatrın mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, hər iki teatr arasında gələcək əlaqələrin daha da möhkəmləndirilməsi, yaradıcılıq əlaqələrinin inkişafı baxımından böyük önəm kəsb edən bu səfərin əsas məqsədi qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətindədir.

Teatr rəhbərlərinin görüş proqramına son illərdə Belarus Dövlət Akademik Musiqili Teatrında hazırlanmış tamaşaların, o cümlədən bilavasitə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının müəyyən dəstəyi ilə səhnəyə qoyulan “Arşın mal alan” operettasının nümayişi də daxildir.

Azvision.az



Teqlər: AzərbaycanDövlətAkademikMusiqiliTeatr  





Xəbər lenti