Bakıda atmosferə atılan tullantıların miqdarı artıb
Profilaktik tədbirlər nəticəsində ötən il stasionar mənbələrdən atmosferə təmizlənmədən atılan zərərli maddələrin 57,9 faizi təmizləyici qurğular vasitəsilə tutularaq zərərsizləşdirilib. Atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması üçün sənaye müəssisələrində yeni qaztəmizləyici qurğuların istifadəyə verilməsi, mövcud təmizləyici qurğuların səmərəliliyinin artırılması və texnoloji proseslərin təkmilləşdirilməsi nəticəsində hava hövzəsinə il ərzində 1,2 min ton zərərli maddələrin atılmasının qarşısı alınıb. Tullantıların həcmi sənaye mərkəzlərindən olan Mingəçevir şəhərində 4,7, Şirvan şəhərində 1,9, Sumqayıt şəhərində 0,3 min ton azalıb, Bakıda isə 7,9 min ton artıb.
Atmosferə atılmış bütün zərərli tullantıların 66,7 faizini karbohidrogenlər, 12,1 faizini azot oksidi, 9,7 faizini karbon oksidi, 0,4 faizini kükürd anhidridi, qalan hissəsini isə digər çirkləndirici maddələr təşkil edib.
Azvision.az