Təmir olunan “Yanardağ” mayda istifadəyə veriləcək

   Təmir olunan “Yanardağ” mayda istifadəyə veriləcək
  27 Mart 2019    Oxunub:2127
“Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yenidən qurulması ilə bağlı işlər aparılır. Qoruq yeni konsepsiya ilə mayda ictimaiyyətə təqdim ediləcək.
Azvision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

Agentlik rəsmisi bildirib ki, qoruqda məlumatlandırma lövhələri qurulur, istirahət üçün şərait yaradılır, muzey tipli yer yaradılır, bələdçilərin peşəkarlıq səviyyəsi təkmilləşdirilir.

"Yanardağ"da kadr dəyişikliyi olub, yeni rəhbər təyin olunub. Qoruğun bu gün üçün qiymətlərində dəyişiklik yoxdur. Qiymətlərin dəyişdirilməsi ilə bağlı müzakirələr gedir. Qiymətlər ola bilsin artsın, amma bu yerli əhali üçün yox, turistlər üçün nəzərdə tutulur. Yerli əhali, xüsusilə də tələbələr və məktəblilər üçün güzəştlər də nəzərdə tutulur. Qiymətlər qaldırılmadan bir neçə dövr əvvəl bu barədə turizm şirkətlərinə xəbərdarlıq ediləcək".

Aytən Zəhra
Azvision.az


Teqlər: Yanardağ  





Xəbər lenti