Turizmlə bağlı qanun təkmilləşdirilir
"2017-2018-ci illərdə Yaxın Şərqdən turizm bumu yaşanmışdı. Bilirdik ki, bu daimi olmaz. Alternativ bazarların yaranması istiqamətində səylərimizi artırmışıq və işlər aparılır. Çin, Hindistan, Qərbi Avropa bazarı ilə işlər görülür, tezliklə bununla bağlı təkliflər hazırlanacaq. Hər bazarın spesifik cəhətləri var və onları ödəmək lazımdır. Turizm reyestri ilə əlaqədar əməli işlər görülür, yaxın vaxtlarda proses bitəcək. Bu, bizə imkan verəcək ki, turizm şirkətlərinin məlumatları vahid mərkəzdə toplansın və formalaşdırılsın. Məlumat data formalaşdırılması ilə bağlı müvafiq dövlət qurumları ilə işləyirik", - deyə K.Qasımov vurğulayıb.
Aytən Zəhra
Azvision.az