Ötən il dilənçilik edən 450 uşaq qeydiyyata alınıb

  Ötən il dilənçilik edən 450 uşaq qeydiyyata alınıb
  27 Mart 2019    Oxunub:3233
2018-ci ildə yetkinlik yaşına çatmayanların işləri üzrə müfəttişlikdə 3000 nəfər qeydiyyatdadır. Bunlardan 458 nəfəri qız, 2542 nəfəri oğlandır.

Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, bunlardan 14 yaşadək olanlar 1350, 14-17 yaşda olanlar isə 1650 nəfərdir.
"Qeydiyyatda olanlardan 1100 nəfəri məşğulluğu olmayanlar, 450 nəfəri təhsil alanlardır. Ümumi saydan 49 nəfəri spirtli içki və başdumanlandırıcı maddələr qəbul edənlər, 6 nəfəri narkotik vasitələr və psixotrop maddələr qəbul edənlər, 32 nəfəri valideyn himayəsindən məhrum olanlar, 25 nəfəri atılmışlar və ya imtina edilmişlər, 450 nəfəri dilənçilik edənlər, 18 nəfəri küçədə işləyənlərdir. Ümumi saydan İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyətə cəlb edilənlər 447 nəfərdir", - komitənin yaydığı məlumayda qeyd olunub.

Aytən Zəhra
Azvision.az



Teqlər: Komitə   Statistika  





Xəbər lenti