Yanğına görə avtobusların hərəkət sxemi dəyişdirilib
Agentliyin İntelektual İdarəetmə Mərkəzi tərəfindən Qara Qarayev prospektində ictimai nəqliyyatın, eləcə də digər nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görülməkdədir. Hadisə ərazisinə yaxın ətraf küçə və prospektlərdə nəqliyyatın hərəkətində sxılığın yaranmaması üçün əhalidən həmin istiqamətdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri tövsiyyə edilir. Bakı Nəqliyyat Agentliyi hərəkət iştirakçılarından yaranmış vəziyyəti anlayışla qəbul etmələrini xahiş edir.
Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən görülən tədbirlər nəticəsində 26 mart tarixində gün ərzində müntəzəm marşrut xətləri üzrə avtobusların fasiləsiz hərəkəti təmin edilib. Görülən tədbirlər sayəsində ictimai nəqliyyatın fəaliyyətində çətinliklər müşahidə olunmayıb.
Məhdudiyyətin davam etdiyi müddətdə Qara Qarayev prospektindən keçən müntəzəm marşrut xətti üzrə avtobuslar Bəkir Çobanzadə, Məhsəti Gəncəvi küçələrindən keçməklə hərəkət edib.
Azvision.az