Kəmaləddin Heydərov hadisə yerinə gəldi

   Kəmaləddin Heydərov hadisə yerinə gəldi
  26 Mart 2019    Oxunub:3921
Bakı şəhərinin Nizami rayonu ərazisində yanğın baş verən əraziyə dövlət rəsmiləri gəlib

Azvision.az xəbər verir ki, hadisə yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov baş çəkib.
Qeyd edək ki, bu gün səhər saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində "Diqlas" Ticarət Mərkəzində güclü yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 2 ədəd helikopteri və 6 ədəd təcili yardım briqadası yanğın yerinə cəlb olunub.

Azvision.az



Teqlər: Kəmaləddin-Heydərov   FHN   Yanğın  





Xəbər lenti