İlham Əliyev Paşinyanla Vyanada görüşə bilər

  İlham Əliyev Paşinyanla Vyanada görüşə bilər
  25 Mart 2019    Oxunub:4585
Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan 29 mart tarixində Vyanada görüşə bilərlər.
Azvision.az -ın məlumatına görə, bu barədə "RİA Novosti" agentliyinə Avstriyadakı diplomatik mənbə məlumat verib.

Qeyd olunub ki, Azərbaycan və Ermənistan liderlərinin görüşündə ATƏT-in Minsk qrupu həmsədrləri də iştirak edəcəklər. Həmçinin bildirilib ki, görüşdə tərəflər Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələsini müzakirə edəcəklər.

Qeyd edək ki, bundan öncə ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan liderlərinin yaxın vaxtlarda görüş keçirmək təklifini qəbul etdiklərini açıqlamışdılar.

Hələlik belə bir görüşün Vyanada keçiriləcəyi barədə rəsmi məlumat verilməyib.

Azvision.az



Teqlər: İlham-Əliyev   Paşinyan   Qarabağ  





Xəbər lenti