Azərbaycanın Ukraynadakı səfirliyindən
Azvision.az -a verilən məlumata görə, jurnalın “Diplomatiya” bölməsində dərc olunan müsahibədə səfir ölkələrimiz arasında qarşılıqlı münasibətlərin geniş tarixi spektrini təqdim edib, həyata keçirilən birgə layihələrdən, həmçinin Azərbaycanda turizmin inkişafından bəhs edib. Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və nəticələri barədə ətraflı danışıb. Bildirib ki, Ermənistanın təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20 faizi işğal olunub. Bu problem indiyədək sülh yolu ilə həllini tapmayıb.
Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün haqlı mübarizəsini davam etdirəcək. Azərbaycanın iri enerji layihələrinin müəllifi olduğunu qeyd edən A.Xudiyev əlavə edib ki, bu gün Prezident İlham Əliyevin uğurlu enerji siyasəti dünyada enerji təhlükəsizliyinin güclənməsinə öz töhfəsini verməkdədir. Müsahibədə ən yaxın perspektivdə Azərbaycan və Ukrayna arasında siyasi və iqtisadi münasibətlərin inkişafı məsələlərindən də bəhs olunub.
Azvision.az