Bu yolda hərəkət məhdudlaşdırılıb

Bu yolda hərəkət məhdudlaşdırılıb
  23 Mart 2019    Oxunub:1861
Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq mart ayının 23-ü səhər saatlarından Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinindən Azvision.az -a verilən məlumata görə, məhdudlaşma sabah gün ərzində aradan qaldırılacaq. Nəqliyyat sıxlığının yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

"Yarana biləcək müvəqqəti narahatlığa görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir".

Azvision.az



Teqlər: AAYDA   Yol  





Xəbər lenti