Bakıda 2 nəfər bayram tonqalında yanıb

 Bakıda 2 nəfər bayram tonqalında yanıb
  21 Mart 2019    Oxunub:2233
Bayram günlərində tonqala düşərək yanıq xəsarətləri alan şəxslərin sayı əvvəlki illərlə müqayisədə az olub.

Bu barədə Azvision.az -a Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının nəzdində fəaliyyət göstərən Yanıq şöbəsinin müdiri Şöhrət Məmmədov məlumat verib.
O bildirib ki, çərşənbə axşamı və bayram günündə tonqala düşərək xəsarət alan 2 nəfər müraciət edib.

“Onlar 8-10 yaşlarında oğlan uşaqlarıdır. Yüngül yanıq xəsarətləri almışdılar. Ambulator müalicə alıb, evə yola salınıblar”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Tonqal   yanıq  





Xəbər lenti