Quba-Xınalıq yolu bağlanıb, 7 kəndlə əlaqə kəsilib
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin ağır texnikaları və canlı qüvvəsi gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsinə başlayıb.
Quba-Xınalıq yolunun günün sonunadək avtomobillərin hərəkəti üçün açılması nəzərdə tutulur.
Qeyd edək ki, ötən gündən başlayaraq Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazisinə qar yağıb. Ən çox yağıntı Qusarın Ləzə kəndinə düşüb. Burada qarın hündürlüyü 28 santimetrə çatıb.
Azvision.az
Teqlər: Quba Xınalıq qar-uçqunu