Balakəndə narkotik əməliyyatı

Balakəndə narkotik əməliyyatı
  21 Mart 2019    Oxunub:2514
Balakəndə narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Xalatala kənd sakini Ramazan Timirov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan kultivasiya yolu ilə yetişdirilən 30 ədəd çətənə bitkisinin şitilləri aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Balakən   narkotik  





Xəbər lenti