İlham Əliyev qazaxıstanlı həmkarını təbrik edib
“Qazaxıstan Respublikasının Prezidenti vəzifəsində fəaliyyətə başlamanız münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan və Qazaxıstanı çoxəsrlik dostluq və əməkdaşlıq əlaqələri birləşdirir. Əminəm ki, xeyirxah ənənələrə söykənən bu dövlətlərarası münasibətlərimiz gələcəkdə də xalqlarımızın və ölkələrimizin mənafeyi naminə inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə, hörmətli Kasım-Jomart Kemeleviç, möhkəm cansağlığı, xoşbəxtlik və dövlət başçısı vəzifəsində qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.”
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev