Bu il üçün balıq ovunun kvotası müəyyənləşib

Bu il üçün balıq ovunun kvotası müəyyənləşib
  20 Mart 2019    Oxunub:1636
Azərbaycanda bu il üçün balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı (kvota) müəyyənləşib.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “2019-cu il üçün “Balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı (kvota)”nın və “Balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsü”nün təsdiq edilməsi haqqında” qərarda qeyd olunub.

Qərara əsasən, balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarının (kvotanın) bölgüsü aşağıdakılardan ibarətdir:

- Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvotalar – 2327,6 ton;

- başqa balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvotalar -141,2 ton;

- elmi tədqiqat və nəzarət məqsədi ilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar - 11,4 ton;

- təhsil və maarifləndirmə məqsədi ilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar - 10,4 ton;

- akvakultura məqsədi ilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar - 27,276 ton.

Balıq və digər su bioresurslarının istifadəsi və mühafizəsi üzrə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənən su obyektlərində balıq və digər su bioresurslarının ovu üçün kvotalar müəyyən edilmiş ümumi ov həcminə daxil edilib.

Azvision.az


Teqlər: Balıq   Ov  





Xəbər lenti