İrandan narkotik gətirən şəxs saxlanılıb

İrandan narkotik gətirən şəxs saxlanılıb
  20 Mart 2019    Oxunub:1695
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri zamanı külli miqdarda narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Rəşad Mahmudov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı 1 bükümdə 103, 130 qram narkotik vasitə olan heroin, 1 bükümdə 108,036 qram psixatrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

O, narkotik vasitəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirən, qabaqcadan əlbir olduğu İran vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti