Baş Prokurorluqda könüllülərlə görüş keçirilib

Baş Prokurorluqda könüllülərlə görüş keçirilib
  20 Mart 2019    Oxunub:1864
Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmaqla Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq prokurorluq orqanlarının fəaliyyətində gənclərin iştirakı müasir dövrün tələbləri səviyyəsində davam etdirilir.
Baş Prokurorluqdan Azvision.az -a verilən məlumata görə, ölkədə həyata keçirilən dövlət gənclər siyasəti nəticəsində ali hüquq təhsilli gənc kadrların müsabiqə yolu ilə işə qəbulu prokurorluğun kadr tərkibinin yüksək ixtisaslı mütəxəssislər hesabına yenidən formalaşmasını təmin edərək, bu sahədə görülən tədbirlər nəticəsində mənəvi saflığı, yüksək nəzəri bilikləri və peşə hazırlığı səviyyəsi ilə seçilən, xarici dil biliklərinə mükəmməl yiyələnmiş gənclərin prokurorluqda qulluğa qəbuluna şərait yaradılıb. Ölkəmizdə müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər islahatlar həyata keçirilmiş, könüllülər hərəkatı geniş vüsət alıb.

Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən 6 fevral 2019-cu il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikasının prokurorluq orqanlarında ictimai köməkçilərin fəaliyyəti haqqında” Təlimata uyğun olaraq prokurorluq orqanlarının fəaliyyətində ictimai köməkçi qismində iştirak etmək arzusunda olan ali təhsil müəssisələrində hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin prokurorluğun fəaliyyətinə cəlb edilmələri üçün zəruri tədbirlər görülür.



Prokurorluq orqanlarına ictimai köməkçi qismində fəaliyyət göstərmək məqsədi ilə 100 nəfərdən artıq könüllü gənc müraciət edib.

İctimai köməkçi qismində könüllü gənclər prokurorluq orqanlarında fəaliyyət göstərdiyi müddət ərzində prokurorluğun faəliyyət istiqamətləri ilə yaxından tanış olacaq, yeni bilik və bacarıqlar qazanacaq, təhsil aldıqları müəssisələrdə hüquq sahəsi üzrə öyrəndikləri nəzəri bilikləri praktiki işdə həyata keçirmək şansı əldə edəcəklər. Onlar ayrı-ayrı rayon (şəhər) prokurorluqlarında, o cümlədən prokurorluğun digər qurumlarında təcrübə keçəcək, prokurorluq işçilərinin iş təcrübəsini öyrənəcək, prokurorluqlarda keçirilən tədris məşğələlərində vəseminarda iştirak edəcəklər.

Bununla əlaqədar 19 mart 2019-cu il tarixdə Baş Prokurorluğun rəhbər heyəti ilə ictimai köməkçi qismində fəaliyyətə başlayacaq könüllü gənclərlə görüş keçirilib.

Könüllülərin ictimai köməkçi qismində fəaliyyəti ilə əlaqədar sənədlərinin qəbulu hazırda davam etdirilir.

Azvision.az


Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti