Əlillik təyinatında azalma müşahidə olunub

   Əlillik təyinatında azalma müşahidə olunub
  19 Mart 2019    Oxunub:2513
Bu ilin fevral ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillik altsisteminə 1639 göndəriş üzrə ilkin əlillik təyinatı aparılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, əlillik təyinatlarında şəffaflığın təmin edilməsi məqsədi ilə nazirlik tərəfindən ciddi nəzarət tədbirləri davam etdirilir.

"Nəticədə 2019-ci ilin fevral ayında yanvar ayı ilə müqayisədə ilkin əlillik təyinatında azalma müşahidə olunub. Ötən ay I qrup üzrə 138, II qrup üzə 659 və III qrup isə 353 nəfərə əlillik təyinatı aparılıb. Cari ilin yanvar ayında 1784 göndəriş üzrə ilkin əlillik təyinatı aparılıb".

Qeyd olunub ki, yanvar ayı ilə müqayisədə fevralda təkrar əlillik təyinatında da ciddi azalma müşahidə olunur: "Ötən ay 322 nəfərə təkrar əlillik dərəcəsi verilib. Müqayisə üçün qeyd edək ki, yanvar ayında 540 nəfərə təkrar əlillik təyinatı aparılıb. Bu ilin fevral ayında 489 sağlamlıq imkanları məhdud uşağa ilkin əlillik dərəcəsi verilib. Bu kateqoriyadan olan 329 uşağa isə təkrar əlillik təyinatı aparılıb".

Azvision.az



Teqlər: Əlil   ƏSMN  





Xəbər lenti