Deputatlarımız ABŞ-a gedir

Deputatlarımız ABŞ-a gedir
  19 Mart 2019    Oxunub:1914
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, millət vəkilləri Sahibə Qafarova və Asim Mollazadə martın 23-də ABŞ-ın paytaxtı Vaşınqton şəhərinə səfərə gedəcəklər.
Milli Məclisdən Azvision.az -a verilən məlumata görə, deputatlarımız ABŞ Konqresində bir sıra görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin inkişafı, digər məsələlərlə bağlı müzakirələr aparacaq, qanun yaradıcılığı sahəsində təcrübələrini bölüşəcəklər.

Səfər martın 30-da başa çatacaq.

Azvision.az



Teqlər: Deputat   ABŞ  





Xəbər lenti