"Qırmızı Körpü"də içki və siqaret əməliyyatı

"Qırmızı Körpü"də içki və siqaret əməliyyatı
  19 Mart 2019    Oxunub:2560
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn "Mercedes Benz" markalı avtomobil saxlanılıb və sahibi şifahi sorğu-sual olunub.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin baxış zamanı nəqliyyat vasitəsindəki yataq dəstinin altından və salonun müxtəlif yerlərindən gömrük nəzarətindən gizlədilmiş üzərində "Tsianandali Saperavi" yazısı olan 30 ədəd 0,7 litrlik , üzərində "Hlibny Dar" yazısı olan 15 ədəd 1 litrlik spirtli içkilər, 1200 ədəd "Marlboro" markalı siqaretlər aşkar olunub.

Azvision.az


Teqlər: Gömrük   Siqaret   Araq  





Xəbər lenti