Prezidentlə xanımı vətəndaşlarla bayramlaşdı - VİDEO

  19 Mart 2019    Oxunub : 1791
 Prezidentlə xanımı vətəndaşlarla bayramlaşdı - VİDEO
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər. Azvision.az -ın məlumatına görə, dövlət başçısı xanımı ilə Bakının Fəvvarələr meydanına gəlib, Novruz şənliyinin iştirakçıları ilə söhbət edib, onlarla xatirə şəkilləri çəkdiriblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bahar qalası” festivalı çərçivəsində yarmarka ilə tanış olub, Karvansarayda İçərişəhər sənətkarlarının əl işlərindən ibarət sərgiyə baxıblar. Daha sonra prezident və xanımı İçərişəhərdə sakinlərlə çay süfrəsi arxasında söhbət edib.

Həmin görüntüləri təqdim edirik:



Azvision.az

Teqlər: İlham-Əliyev   Mehriban-Əliyeva   Novruz