Azərbaycanda keramika sənətini yaşadanlar - FOTOREPORTAJ

 Azərbaycanda keramika sənətini yaşadanlar -  FOTOREPORTAJ
  19 Mart 2019    Oxunub:4874
Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi turistlərin ziyarət etdiyi əsas yerlərdən biridir. Ötən il istifadəyə verilən mərkəzdə keramika və tətbiqi sənətlə məşğul olanlar üçün hər cür şərait yaradılıb.
“ABAD” Şəki Keramika və Tətbiqi Sənət Mərkəzi “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq qoruğunun ərazisində Qala divarlarının içərisində yerləşən beş kazarma binasından birində fəaliyyət göstərir. Bina 1867-ci ildə tikilmiş tarix-memarlıq abidəsidir.

Mərkəzin məqsədi ölkəmizin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, həmçinin müxtəlif çeşidli Azərbaycan gilinin dünyada tanıdılmasıdır. Bura həm də Qafqazda ilk Keramika Mərkəzi kimi tarixə düşüb. Mərkəzdə sənətkarların istehsal etdikləri məhsulların satışı da təşkil olunub.

Azvision.az Şəki Keramika və Tətbiqi Sənət Mərkəzindən hazırladığı fotoreportajı təqdim edir:































































Anar Kəlbiyev
Foto: Elvin Abdulla

Azvision.az


Teqlər: Şəki   Keramika   ABAD  





Xəbər lenti