AQTA-dan yarımfabrikatlarla bağlı xüsusi tələblər

  AQTA-dan yarımfabrikatlarla bağlı xüsusi tələblər
  19 Mart 2019    Oxunub:1995
Yarımfabrikatların saxlanılması və qablaşdırılmasına xüsusi tələblər qoyulur.
Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, AQTA tərəfindən hazırda ölkədə istehsal olunan və ölkəyə idxal edilən qida məhsulları üzərində risk əsaslı nəzarət həyata keçirilir.

“Ölkəyə idxal edilən və ölkədə istehsal edilən yarımfabrikat məhsulları da ciddi müayinələrdən keçdikdən sonra satışına icazə verilir. Məhsulların təhlükəsizlik göstəriciləri ilə bağlı hər hansı şübhə olarsa, Agentliyin əməkdaşları tərəfindən məhsullardan nümunələr götürülür və Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Yalnız ekspertizanın nəticələri uyğun olduğu təqdirdə həmin qida məhsullarının satış şəbəkələrinə çıxarılmasına icazə verilir”.

Məlumatda qeyd edilib ki, yarımfabrikat məhsulları tam emal edilməmiş və ya emal prosessinin müəyyən bir qismi tamamlanmış məhsullardır.

“Bu məhsulların saxlanılması və qablaşdırılmasına xüsusi tələblər qoyulur. Belə ki, yarımfabrikatlar əsasən dondurulmuş formada satışa təqdim olunur. Dondurulmuş yarımfabrikatlar üçün saxlanma temperaturu -18 C və daha aşağı olmalıdır. Qablaşdırılması pozulmuş məhsulların satışına icazə verilmir. Qida təhlükəsizliyi baxımından bu məhsullar isti emal edildikdən sonra istehlak edilməlidirlər. Yarımfabrikatları çiy və ya bişirmədən istifadə etmək olmaz. Satış şəbəkəsinə verilən məhsul idxal olunmuş məhsuldursa qida təhlükəsizliyi sertifikatı ilə, yerli istehsaldırsa istehsalçının qida təhlükəsizliyi qeydiyyatından keçməsi haqqında reyestrdən çıxarışla müşaiət olunmalıdır”.

Aytən Zəhra
Azvision.az



Teqlər:





Xəbər lenti